Unibank özünüməşğulluq layihəsinin birinci mərhələsini başa çatdırıb

Unibank özünüməşğulluq layihəsi çərçivəsində ölkə vətəndaşlarının şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir. Bank layihənin birinci mərhələsinin icrasını başa çatdırıb. Birinci mərhələ çərçivəsində Bakı və bölgələrdə yaşayan şəhid ailələri və qazilərimizə şəxsi bizneslərini yaratmaq üçün müxtəlif avadanlıqlar və heyvandarlıq paketləri təqdim edilib. Layihənin ikinci mərhələsində də şəhid ailələləri və qazilərin şəxsi bizneslərinin yaradılmasına dəstək prioritet seçilib.

Qeyd edək ki, Unibank ötən ildən həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank öz  brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak etməkdə davam edir.

Unibank-Sənin Bankın!

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı