Unibank “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb

Unibank öz  brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Bank bu sahədə daha bir vacib layihəyə dəstək olub.  Unibank qüdrətli ordumuz tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinə öz töhfəsini verərək  “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZNvəsait köçürüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradılan “Qarabağ Dirçəliş Fondu” işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Unibank bundan sonra da dövlətçiliyimizin qüdrətlənməsi, ölkəmizin iqtisadi inkişafı və vətəndaşlarımızın iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bu cür vacib layihələrin həyata keçirilməsində yaxından iştirakını davam etdirmək niyyətindədədir.

Unibank-hər kəsin bankı!

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı