Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank şəhid övladları üçün keçirilən bayram tədbirinə dəstək olub - BBN

Unibank şəhid övladları üçün keçirilən bayram tədbirinə dəstək olub

Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü münasibəti ilə şəhid övladları üçün bayram tədbiri keçirilib. Unibank Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən təşkil edilən “Zəfərin uşaqları” adlı bayram tədbirinə dəstək verib.  Tədbir çərçivəsində şəhid ailələri ilə birlikdə Qubaya səfər edilib və Quba Arena Hoteldə Zəfər Günü qeyd edilib.

Bayram tədbirində şəhid övladları üçün əyləncə proqramları, viktorinalar təşkil edilib, şəhid övladlarına müxtəlif hədiyyələr verilib. Şəhid qəhrəmanlarımızın adlarının qeyd olunduğu xatirə hədiyyələri də tədbirə qatılan şəhid övladlarına təqdim edilib.

Unibank öz  brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Vətən müharibəsi, Zəfər Günü ilə tariximizə yazılan 2020-ci ildən bu yana isə Bankın KSM tədbirlərində şəhid və qazilərimizlə bağlı layihələr prioritet istiqamət seçilib.

Unibank-Sənin Bankın!

Related posts

AMB ilə ABA-nın Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bank rəhbərləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan IOSCO-nun Avropa Regional Komitəsinin illik yığıncağında təmsil olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı