Unibank texniki avadanlıq və proqram təminatı ilə bağlı tender elan edib

“Unibank” KB ASC  texniki avadanlıq və proqram təminatının alınması üzrə tender elan edib. Tenderin nəticəsi olaraq  Qualys patch management proqramı (500 licenziya üçün) və M365 paketinin alınması həyata keçiriləcək. Tenderin şərtləri ilə daha ətraflı bu linkdən (https://unibank.az/az/news/retail/764/unibank_kb_asc_texniki_avadanliq_ve_proqram_teminati_alinmasi_uzre_tender_elan_edir) tanış ola bilərsiniz.

Tenderdə iştirak etmək istəyən şirkətlər şəhadətnamə, çıxarış və müqaviləni imzalayacaq şəxsin səlahiyyətini təsdiq edən sənədi “Unibank”ın Baş ofisinə – Rəşid Behbudov 55 ünvanına  tender komissiyanın sədri Faiq Hüseynovun adına təqdim etməlidirlər.

Sənədləri təqdim etmək üçün son tarix 16.02.2022-ci  il, saat 12.00-dəkdir. Tender 2022-ci ilin fevralında keçiriləcək.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı