Unibankda yeni təyinat olub

Unibank KB rəhbərliyinin qərarı ilə Yaşar Kərimov Pərakəndə biznes üzrə Baş inzibatçı vəzifəsinə təyin olunub. O, bu təyinatadək “Yelo Bank”da İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Yaşar Kərimov bank sahəsində 20 illik təcrübəyə malikdir və uzun müddət müxtəlif banklarda pərakəndə bankçılıq, biznesin inkişafı və marketinq, o cümlədən informasiya texnologiyaları sahəsində rəhbər vəzifələrdə çalışıb.  O, Azərbaycan Dövlət İqtisad Universitetində “Marketinq” ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Related posts

Növbəti valyuta hərracı keçirilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı