Unibankdan daha bir imkan: istədiyin yerə pul köçürməsini telefonundan et

Unibank müştəriləri dünyanın istənilən ölkəsinə pul köçürməsini Bank filialına getmədən, növbələrdə gözləmədən edəcəklər. Dünyanın üç ən böyük pulköçürmə sistemi indi Unibank müştərisinin telefonundadır. “Unibank”ın mobil tətbiqi olan UBank  mobil əlavəsində istər Western Union, istər Contact, istərsə də Zolotoya Koronapulköçürmə xidmətlərinin bütün imkanlarından istifadə etmək mümkündür. Unibank müştərisi sadəcə UBank tətbiqinə daxil olaraq, istənilən ölkəyə saniyələr ərzində pul göndərə və ya qəbul edə bilər (https://youtu.be/fkNTj7_sID8) .

“Unibank”ın bazardakı yeni mövqeləndirməsinə uyğun olaraq, məhz müştərinin rahatlığına və istəklərinin qarşılanmasına yönəlmiş yeni xidmət,onların zamanını daha da dəyərli edəcək.

UBank vasitəsilə pulköçürmələri bu üstünlükləri yaradır:

-Banka getmədən, növbələrdə vaxt itirmədən dünyanın bir çox ölkəsinə pul köçürmək və qəbul etmək;

-Köçürdüyün pulun saniyələr ərzində ünvanına çatması;

-Köçürməni debet və ya kredit kartı, digər bankların əlavə edilmiş kartları və ya mövcud cari -hesabları seçməklə aparmaq imkanı.

Azərbaycanın ən çox istifadə edilən mobil bank əlavələrindən biri olan UBank istifadəçilərinin sayı artıq 1 milyonu ötüb. Mobil əlavə müştəriyə banka gəlmədən əksər bank məhsul və xidmətlərindən 24/7 istifadə imkanı verir. Hətta Unibank müştərisi olmayanlar da, bu mobil tətbiqdən rahatlıqla istifadə edə bilirlər.

Unibank-Sənin Bankın!

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı