“Uniper” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Energetika Nazirliyində Almaniyanın “Uniper” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Energetika nazirinin müavini Elnur Soltanovun iştirakı ilə keçirilən görüşdə mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Qaz təchizatı, enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi, enerji səmərəliliyi, enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıq və perspektiv imkanlar müzakirə edilib. Ölkəmizdə yaşıl enerji zonalarının yaradılması, yaşıl enerji potensialı, istehsalı və ixracı məsələlərindən bəhs olunub, bu il ölkəmizdə keçiriləcək COP29 tədbiri çərçivəsində Azərbaycanın yaşıl enerji sahəsi üzrə hədəflədiyi planlar və təşəbbüslər barədə məlumat verilib.

Müzakirə zamanı yaşıl hidrogenin istehsalı və ixracı sahəsinin inkişafı məsələləri nəzərdən keçirilib, yaşıl hidrogenin istehsalı və saxlanılması, eləcə də mavi hidrogen texnologiyalarının genişləndirilməsi sahəsində əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin əməkdaşlıqdan irəli gələn və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı