“United Payment” şirkətinin premium sponsorluğu ilə “Istanbul Fintech Week” – Beynəlxalq tədbiri başlayıb – Fotolar

Bu gün İstanbulda “United Payment” şirkətinin premium sponsorluğu ilə “Istanbul Fintech Week-2023” beynəlxalq tədbiri işə başlayıb.

BBN.az xəbər verir ki, 14 aprel tarixinədək davam edəcək beynəlxalq tədbirə bir çox ölkələrin tanınmış maliyyə təşkilarının nümayəndələri qatılıb.

Tədbir zamanı çıxış edən iştirakçılar tərəfindən “Bankların maliyyə xidmətləri sahəsindəki çevik dəyişiklikləri”, “Rəqəmsal bankçılıq”, “Təhlükəsiz və rəqəmsal maliyyə”, “Təhlükəsiz kripto”, yerli bazalı maliyyə innovasiyaları və digər mövzular müzakirə ediləcək.    

Qeyd edək ki, tədbirdə Azərbaycanı “United Payment” MMC-nin icraçı direktoru Edqar Abdullayev təmsil edir.  

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı