Universitetlərlə ilə iş birliyi çərçivəsində ARDNF-nin yekun infosessiyası baş tutub

ARDNF-nin ADA və UNEC – Azərbaycan Dövlət İqtisad Universitetləri ilə iş birliyi çərçivəsində silsilə formatında keçirilən infosessiyalar başa çatıb. Beləki, layihənin yekun tədbiri sözügedən universitet tələbələrinin iştirakı ilə 28 mart tarixində Fondun inzibati binasında baş tutub.

ARDNF-nin inzibati binası və muzeyi ilə tanış olduqdan sonra tələbələrə Fond əməkdaşları tərəfindən təqdimat keçirilib.

Fondun Hüquq departamentinin direktor müavini Nərgiz Balakişiyeva, Büdcə proqnozlaşdırma və layihələr departamenti, Büdcə və proqnozlaşdırma şöbəsinin müdiri İbrahim İbrahimov, Neft kontraktları departamentinin aparıcı iqtisadçısı Elçin Quliyev və İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi Elnarə Hüseynovanın iştirakı ilə keçirilən sessiyada tələbələrə Fondun hüquqi əsasları, HPBS-lər, Fond tərəfindən maliyyələşdirilən strateji əhəmiyyətli layihələr və ARDNF-nin büdcə sistemində və ölkə iqtisadiyyatında tutduğu mövqe barədə ətraflı məlumat verilib.

Tədbirdə iştirak edən ARDNF-nin İnsan resursları departamentinin direktoru Nigar Braun öz çıxışında tələbələrlə işin əhəmiyyətini vurğulayıb və onlara gələcək karyeralarına dair tövsiyələrini bildirib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı