Ünvanlı sosial yardım alanların sayı 84 mini keçib

Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri çərçivəsində ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi getdikcə genişləndirilir.

Bu yardımı alan ailələrin sayı təkcə iyun ayında 1000-dən çox ailə artaraq 84 100-ə çatıb. Həmin ailələrdə ümumilikdə 350 mindən çox ailə üzvü var.

Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur.

Yeni qərarla, sosial dəstək tədbirlərindən biri kimi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi müddəti uzadılıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı