USAID və Azexport əməkdaşlıq edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı layihəsinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın ixracqabiliyyətli məhsullarının xarici bazarlara çıxarılması istiqamətində müzakirələr aparılıb. Həmçinin, Azərbaycandan Amerika Birləşmiş Ştatlarına qida məhsullarının ixracı zamanı tələb olunan “FDA” və digər sertifikatlaşdırma prosedurlarına dair tələblərə toxunulub. Bu istiqamətdə yerli şirkətlərin dəstəklənməsi mexanizminin daha da təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, Azexport portalı hazırda ABŞ-ın New York, Kaliforniya və Vaşinqton ştatlarına konservləşdirilmiş qidalar, qənnadı məhsulları, meyvə şirələri və digər “Made in Azerbaijan”  brendi məhsullarının ixracı istiqamətində yerli şirkətlərlə pilot layihə icra edir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı