“Uşaqlar üçün sığorta” virtual kursu üzrə müsabiqə və “Sığorta uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsində qalib olan və fərqlənən məktəblər və şagirdlər təltif edilmişdir

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 21 may 2019-cu iI tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Siğorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosasiyası ilə birlikdə genişmiqyaslı layihələr həyata keçirir.

Bu layihələr çərçivəsində “Maliyyə savadlılığı ayı” (noyabr, 2021) ərzində “Uşaqlar üçün sığorta” virtual kursu üzrə müsabiqə və “Sığorta uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Virtual kurs müsabiqəsində 60 məktəb və 205 şagird, rəsm müsabiqəsində isə 64 məktəbdən 309 məktəbli iştirak etmişdir. Hər iki müsabiqə məktəblilər tərəfindən olduqca maraqla qarşılanmışdır.

25 yanvar 2022-ci il tarixində müsabiqədə qalib olan və fərqlənən məktəblər və şagirdlər Mərkəzi Bankda təltif edilmiş, onlara sertifikatlar və hədiyyələr təqdim edilmişdir. Müsabiqədə qalib gələn və fərqlənən şagirdlərin çoxluğunu nəzərə alaraq şagirdlərin digər qisminin təltif mərasimləri 26-28 yanvar 2022-ci il tarixlərində davam etdiriləcəkdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı