Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər - BBN

Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər

Vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin vahid platforma üzərindən əlçatanlığının təmin edilməsi məqsədilə “mygov” platformasına daha iki yeni xidmət inteqrasiya olunub.

Ədliyyə Nazirliyinin təqdim etdiyi “Vəkilə verilən etibarnamənin təsdiq edilməsi” və “Bank xidmətlərindən istifadə edilməsi ilə bağlı etibarnamənin verilməsi” xidmətləri artıq həm “mygov” portalı, həm də mobil tətbiq vasitəsilə istifadəçilər üçün əlçatandır.

“Bank xidmətlərindən istifadə edilməsi ilə bağlı etibarnamənin verilməsi” xidməti vasitəsilə vətəndaş digər şəxsə öz adından bank əməliyyatlarını həyata keçirmək səlahiyyəti verə bilər. Buraya hesab açılması, hesabdakı vəsaitlərin nağdlaşdırılması, pul köçürmələrinin həyata keçirilməsi və digər bank əməliyyatları daxildir.

“Vəkilə verilən etibarnamənin təsdiq edilməsi” xidməti isə vətəndaşın vəkilə onun adından hüquqi məsələlərin həlli, məhkəmədə təmsil olunması və digər hüquqi əməliyyatların aparılması üçün verdiyi səlahiyyətləri təsdiq edən sənədin rəsmiləşdirilməsinə imkan yaradır.

Xidmətlərdən yararlanmaq üçün vətəndaş “mygov” mobil tətbiqində “Xidmətlər” bölməsinə daxil olaraq müvafiq xidməti seçməlidir. Daha sonra tələb olunan məlumatlar daxil edilir və etibarnamə müvafiq şəxsə təqdim olunur.

İstifadəçilər müraciətin statusunu “Müraciət tarixçəsi” bölməsindən izləyə, sənəd hazır olduqdan sonra isə ona çıxış əldə edə bilərlər.

Qeyd edək ki, yeni xidmətlərlə yanaşı, Ədliyyə Nazirliyinin müxtəlif həyat hadisələri üzrə 5 xidməti, notariat fəaliyyəti ilə bağlı 6 xidməti, eləcə də tərcümə və fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim olunması xidmətləri də daha əvvəl “mygov” platformasına inteqrasiya edilib.

Related posts

Böyük Britaniyada inflyasiya son 16 ayın minimumuna enib

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib

DSMF-nin xərcləri 4 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı