Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Məlum olduğu kimi, ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birlikdə vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirilib. Test imtahanında ümumilikdə 2.392 nəfər iştirak edib, onlardan 616 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Müsabiqənin digər ixtisas sahələri üzrə ikinci mərhələsində iştirak edən daha bir qrup namizədlə bağlı nəticələr açıqlanıb. Bu mərhələdə iştirak etmiş 82 namizəddən 44-ü müsabiqəni uğurla başa vurub.

Uğur qazanan namizədlər DVX-nın kadr ehtiyatı bazasına daxil edilərək vakant vəzifələrə təyin olunacaqlar. Müsabiqənin nəticələri barədə ətraflı məlumatla aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür: Link

Qeyd edək ki, müsahibələr mərhələli şəkildə keçirilir və başa çatdıqdan sonra nəticələri elan olunur.

Related posts

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Naxçıvanda kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb

Vergi ödəyicilərinin ümumi sayı 6,5 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı