Venesuela hökuməti tavan qiymət tətbiq edib

Koronavirus pandemiyası ilə yanaşı iqtisadi krizisin də tüğyan etdiyi Cənubi Amerika ölkəsi Venesuelada hökumətin tapşırığı ilə zəruri ehtiyac kateqoriyasına daxil olan 27 fərqli məhsula Venesuela Ticarət Nazirliyi tərəfindən tavan qiymət tətbiq edilib. Sanksiyalar səbəbindən iqtisadi resessiyaya doğru gedən Venesuelada istehlak qiymətlərinə təzyiq bir qədər yumşaldılsa da, ölkənin əsas gəlir mənbəyi olan neft qiymətlərinin azalması və koronavirusun ölkədə sürətlə yayılması ilə iqtisadiyyata növbəti zərbə vuruldu.

Açıqlanan siyahıda qeyd olunan qiymətlərə görə, bir litr südün qiyməti 1.39 dollar, bir kiloqram düyü 1.19 dollar, kərə yağının qiyməti isə 2.33 dollar təyin edilib. 24 ədəd yumurtanın tavan qiyməti isə 3 dollardan yuxarıdır. Məlumat üçün qeyd edək ki, Venesuelada hal-hazırda minimum əmək haqqı 2.27 dollar (389 min 533 bolivar) səviyyəsindədir.

Ekspertlər qısamüddətli dövrdə qiymət tavanının effektiv olduğunu bildirsə də, uzunmüddətli dövrdə bu addım ölkədə ərzaq qıtlığının yenidən başlamağına yol aça bilər.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı