Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vergi ombudsmanı sahibkarlarla görüş keçirəcək - BBN

Vergi ombudsmanı sahibkarlarla görüş keçirəcək

Vergi ödəyicilərinin hüquqlarının qorunması və pozulmuş hüquqlarının bərpası istiqamətində fəaliyyətini davam etdirən Vergi ombudsmanı vergi və sığorta qanunvericiliyi (inzibatçılığı) sahəsində mövcud çətinliklərin öyrənilməsi və göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə müzakirələr təşkil edir.

Növbəti belə görüş noyabrın 11-də 9 saylı Ərazi Vergilər İdarəsində keçiriləcək. Görüşə dövlət mülkiyyətinə aid edilməyən və “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkarlıq subyektləri hesab olunmayan vergi ödəyiciləri qatılacaqlar. Müzakirələrdə Dövlət Vergi Xidmətinin Aparatının aidiyyəti vəzifəli şəxsləri də iştirak edəcəklər.

Tədbirin əsas məqsədi sahibkarların vergi və sığorta qanunvericiliyi (inzibatçılığı) sahəsində qarşılaşdıqları problemləri müəyyənləşdirmək, bu məsələlər üzrə fikir mübadiləsi aparmaq və vergi ödəyicilərinin təkliflərini toplamaqdır.

Qeyd edək ki, Vergi ombudsmanının fəaliyyətinin başlıca məqsədi vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəməyə müraciət edilmədən həllinə nail olmaq və vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq müstəvisində tənzimlənməsinə töhfə verməkdir. Vergi ombudsmanı sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsi istiqamətində ictimai institutlar və sahibkarların ictimai birlikləri ilə əməkdaşlıq edir, həmçinin vergi ödəyicilərinin qanuni maraqlarının pozulmasına dair müraciətləri araşdırmaq səlahiyyətinə malikdir. Bundan əlavə, Vergi ombudsmanının, media da daxil olmaqla, hər hansı mənbədən sahibkarların hüquqlarının pozulmasına dair məlumat əldə etdiyi təqdirdə, müstəqil araşdırma aparmaq hüququ var.

Related posts

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı