Vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələri elan edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət İmtahan Mərkəzi ilə birgə vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. İmtahan saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb. İmtahanda namizədə qanunvericilik sahəsi üzrə 80 və məntiqi nəticə çıxarma qabiliyyətinin müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. İmtahanda iştirak etmək üçün 1370 namizəd qeydiyyatdan keçib. Onlardan 126 namizəd imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.
 İmtahanın nəticələri internet saytımızda yerləşdirilib. 167 namizəd müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplamaqla ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı