Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Vestas” şirkəti ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq müzakirə edilib - BBN

“Vestas” şirkəti ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov ilə Danimarkanın “Vestas” şirkətinin vitse-prezidenti Jens Pinderup arasında görüş olub.

Görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, “yaşıl enerji”,“yaşıl hidrogen”in istehsalı və ixracı ilə bağlı perspektivlər, həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizinin reallaşdırılması istiqamətində fəaliyyətə dair geniş fikir mübadiləsi aparılıb. Azərbaycanın elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payının 2030-cu ilədək 30%-ə çatdırılması, eləcə də ölkəmizin Avropaya ilkin mərhələdə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı hədəfinə nail olunmasında xarici investorlarla həyata keçirilən külək- günəş enerjisi stansiyalarının sürətli inşasında enerji avadanlıqları ilə təminatın əhəmiyyətindən bəhs edilib. Azərbaycanda dənizdə nəhəng külək enerjisi potensialından istifadənin, xüsusilə bu enerjinin ixraca yönəldilməsinin rəqabətqabiliyyətli külək turbinləri istehsalını aktuallaşdırdığı qeyd edilib. Bu xüsusda, “Vestas” şirkəti ilə imkanların dəyərləndirilməsi və əməkdaşlığa Azərbaycanın dəstəyi ifadə olunub.

“Vestas” şirkətinin vitse-prezidenti Jens Pinderup isə 40 ildən çox təcrübəyə malik şirkətin 80-dən çox ölkədə fəaliyyətindən bəhs edib. Bir neçə növ turbin üzrə şirkətin təklifləri diqqətə çatdırılıb və “Vestas” şirkətinin Azərbaycanla əməkdaşlığa maraqlı olduğu qeyd edilib.

Related posts

KOBİA “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək

Avstriya ilə ticarət dövriyyəsi artıb

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı