Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Visa ABŞ-da banklar üçün USDC steyblkoini ilə hesablaşmaları işə salıb - BBN

Visa ABŞ-da banklar üçün USDC steyblkoini ilə hesablaşmaları işə salıb

Visa şirkəti ilk dəfə olaraq ABŞ-da öz ödəniş şəbəkəsinin iştirakçıları arasında hesablaşmaların USDC steyblkoini vasitəsilə aparılmasına imkan yaradıb. Bununla da banklar vəsaitləri ənənəvi bank infrastrukturu üzərindən deyil, birbaşa Solana blokçeyni üzərində USDC ilə bir-birlərinə köçürə biləcəklər.

Yeni mexanizmdən ilk istifadə edən maliyyə institutları Cross River Bank və Lead Bank olub.

Söhbət kart əməliyyatlarından sonra bank-emitentlər və ekvayerlər arasında aparılan yekun qarşılıqlı hesablaşmalardan (klirinqdən) gedir. Ənənəvi olaraq Visa şəbəkəsində bu cür hesablaşmalar üç iş gününədək vaxt aparır. Blokçeyn texnologiyası isə bu əməliyyatların demək olar ki, ani rejimdə, 24/7 əsasda, o cümlədən istirahət günlərində həyata keçirilməsinə şərait yaradır. Gələcəkdə Visa USDC-nin emitenti olan Circle şirkətinin üzərində işlədiyi Arc blokçeynini də sistemə inteqrasiya etməyi planlaşdırır.

Cross River Bank-da bildiriblər ki, fintex və kriptovalyuta şirkətləri tərəfindən bu cür həllərə maraq olduqca yüksəkdir. Bank nümayəndəsinin sözlərinə görə, bu mexanizmlər perspektivdə sənaye üçün “aşkar” standartlara çevriləcək.

Məlumata görə, ABŞ-dan kənarda Visa vasitəsilə USDC ilə aparılan illik hesablaşmaların həcmi artıq 3,5 milyard ABŞ dollarını ötüb. Bundan əlavə, şirkət yaxın günlərdə banklar, fintexlər və ticarət platformaları üçün steyblkoinlərlə işə dair qlobal məsləhət proqramını da istifadəyə verib.

Related posts

ADB Asiya-Sakit okean regionunda transsərhəd elektrik şəbəkələri üçün 50 milyard dollar ayıracaq

Bakıda keçiriləcək IsDB-nin İllik Toplantılarının mövzusu açıqlanıb

Azərbaycanda “ChatGPT”nin bazar payı azalmaqda davam edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı