“Visa” daha bir Silikon Vadisi startapına investisiya qoyub

Beynəlxalq ödəniş texnologiyaları nəhəngi “Visa” baş ofisi Palo Alto şəhərində yerləşən və kredit kartları üzrə mobil və rəqəmsal həllər, eləcə də risk menecmenti xidmətləri təklif edən “Deserve” maliyyə texnologiyaları şirkətinin investorlarından birinə çevrilib. “Visa” tərəfindən “fintech”ə yatırılan sərmayənin məbləği açıqlanmasa da, bu tərəfdaşlıq nəticəsində şirkətlərin ortaq layihəsi olan “Visa BlockFi” kriptovalyuta kartının daha da geniş radiusa yayılacağı bildirilib.

Qeyd edək ki, cari ilin iyun ayında “Deserve” startapına “Visa” şirkətinin başlıca rəqiblərindən olan “MasterCard” tərəfindən sərmayə yatırılıb. 2013-cü ildə yaradılan sözügedən “fintech” şirkətinin investorları arasında “Goldman Sachs Asset Management”, “Sallie Mae”, “Ally Ventures”, “Accel”, “Pelion Venture Partners”, “Aspect Ventures”, və “Mission Holdings” kimi nəhəng investisiya şirkətləri mövcuddur. Startapa ümumi yatırılan investisiyanın həcmi isə 500 milyon dollardan çoxdur.

Related posts

BFB 2024-cü ilin yanvar-iyun ayları üzrə ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsini açıqladı

Milli Depozit Mərkəzinin investorlara qiymətli kağızlar üzrə ödənişləri barədə məlumat

MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz  müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı