Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Visa Direct Premium kredit kartının istifadəçiləri bonuslar qazanacaq - BBN

Visa Direct Premium kredit kartının istifadəçiləri bonuslar qazanacaq

Bank VTB (Azərbaycan) Visa Direct Premium kredit kartı istifadəçiləri üçün Loyallıq proqramına start verdi. Yeni proqram çərçivəsində ticarət-iaşə müəssisələrində Visa Direct Premium kart sahibləri alış-veriş zamanı bonus şəkilində mükafat qazanacaq. Hər bonus 1 manata bərabərdir. 30 iyun tarixinədək bonuslar 2% həcmində nəzərdə tutulur.

Təklifin müddəti başa çatdıqda tranzaksiyanın məbləğindən asılı olaraq  bonuslar 0,5%, 1% 1,5% təşkil edəcəkdir. Bonuslar kredit kartı ilə edilən alış-verişlər üçün nəzərdə tutulur və hər ay 5 iş günü ərzində hesablanır.

Bank kart sahibinə bonus balansı və istifadə qaydaları haqqında məlumatı SMS vasitəsilə təqdim edir. Bonusları əldə etmək üçün WhatsApp (+994 55 214 09 86), 986 qısa nömrəsi və ya  callcenter@vtb.az elektron ünvanı vasitəsilə bankla əlaqə saxlamaq və yığılmış bonusların geri qaytarılması üçün sorğu vermək lazımdır. Növbəti 3 iş saatı ərzində bank hesablanan məbləği müştərinin kart hesabına köçürəcəkdir.

VTB (Azərbaycan)-ın Loyallıq proqramı haqqında ətraflı məlumatı bankın korporativ saytında əldə etmək mümkündür.

Related posts

ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirilib

Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanı

Rabitəbankdan 33 illik yubileyinə özəl Nağd pul krediti kampaniyası

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı