“Visa” ödəniş sistemi banklara stabilkoinlər və tokenləşdirilmiş depozitlər buraxmağa imkan verəcək yeni platformanın istifadəyə verildiyini elan edib.
BBN.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Visa Tokenized Asset Platform” (VTAP) adlanan məhsul banklara tokenləri “zərb etmək, yandırmaq və köçürmək” imkanı verəcək. Şirkətin açıqlamasına görə, platforma sınaq mərhələsindədir və 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
“Visa” təxminən altmış ildir ki, rəqəmsal ödənişlərin önündədir və VTAP-ın tətbiqi ilə biz bir daha sənayenin sürətini müəyyən edirik”,- “Visa”nın innovasiyalar və rəqəmsal tərəfdaşlıqlar üzrə qlobal rəhbəri Vanessa Kolella bildirib.
İspaniyanın BBVA bankı artıq bir ildir ki, platformanı sınaqdan keçirir və gələn il “Ethereum” blokçeynində seçilmiş müştərilər üçün pilot proqramı planlaşdırır.
Fiat valyutaları ilə dəstəklənən stabilkoinlər və digər tokenlər populyarlıq qazanır. “PayPal” artıq PYUSD stabilkoinini buraxıb və “Stripe” tacirlərə onlayn əməliyyatlar üçün stabilkoinləri qəbul etməyə imkan verir.