“Visa” steyblkoin infrastrukturunu “Visa Direct” platformasına inteqrasiya edir

Visa” steyblkoinlər üzrə infrastruktur təqdim edən Böyük Britaniyada yerləşən BVNK startapının sistemini özünün sürətli ödəniş platforması **Visa Direct**ə inteqrasiya edəcək.

Bu inteqrasiya şirkətlərə müəyyən ölkələrdə vəsaitləri əvvəlcədən steyblkoinlərə çevirməyə və ödənişləri birbaşa alıcıların kriptokisələrinə göndərməyə imkan verəcək.

Qeyd edək ki, “Visa Direct” əsasən əməkhaqqı ödənişləri, frilanserlərə edilən köçürmələr və transsərhəd kütləvi ödənişlər üçün istifadə olunur. Steyblkoinlərdən istifadə vəsaitlərə daha sürətli çıxışı təmin etməli, eyni zamanda bank iş saatlarından kənarda da ödənişlərin icrasına şərait yaratmalıdır.

İlk mərhələdə ödənişlər rəqəmsal aktivlərlə hesablaşmalara yüksək tələbat olan ölkələrdə həyata keçiriləcək. Genişlənmənin növbəti mərhələlərinin isə müştərilərin marağından asılı olacağı bildirilir.

Steyblkoinlərlə köçürmə və hesablaşma infrastrukturu BVNK tərəfindən təmin ediləcək. Şirkətin məlumatına görə, BVNK illik 30 milyard ABŞ dollarından çox steyblkoin ödənişini emal edir. Məlumata əsasən, “Visa” 2025-ci ilin may ayında öz vençur bölməsi vasitəsilə BVNK-yə investisiya yatırıb, beş ay sonra isə Citigroup şirkətin strateji investoru olub.

“Visa”da steyblkoinlər köçürmələri sadələşdirən, daha sürətli və daha əlçatan edən perspektivli maliyyə aləti kimi qiymətləndirilir.

Related posts

Kriptovalyuta bazarı tənzimləmə və likvidlik arasında: 2025-ci il hansı siqnalları verir?

Bitcoin ETF təsdiqindən sonra kriptovalyutanın bazar davranışı dəyişib – araşdırma

Bitcoin və Ethereum bahalaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı