“Visa” təmassız ödəmə limitini artırıb

Beynəlxalq ödəmə texnologiyası şirkəti  “Visa” Azərbaycanda təmassız kartlar ilə ödəmə limitini 30 manat (60%) artırıb.

Şirkətdən verilən məlumata görə, qeyd edilən limit 50 manatdan 80 manata çatdırılıb.

Məsələ ilə bağlı şərh verən “Visa” şirkətinin Qafqaz ölkələri üzrə regional meneceri Kristina Doroş deyib ki, Azərbaycanda 30%-ə qədər ödənişlər təmassız kartlar vasitəsi ilə aparılır:

“Təmassız ödənişlərin üstünlüyü ilk növbədə onların sürətli olması, rahatlığı və sadəliyindədir. Azərbaycanda aparılan əməliyyatların 27%-dən çoxu artıq təmasız ödəniş vasitələrindən istifadə etməklə həyata keçirilir və biz başa düşürük ki, indi bu ödəmə növü daha çox tələb olunur. Buna görə “Visa” insanlar üçün ən uyğun dəyişikliklər edir”.

Qeyd edək ki, təmassız ödəniş zamanı POS-terminallarda PİN-kod yığılması tələb olunmur.

Xatırladaq ki, “Visa” və “MasterCard” Azərbaycan kommersiya banklarından 2019-cu ilin aprelindən etibarən buraxılan plastik kartlarda təmassız ödənişlərin mümkün olması ilə bağlı tələb irəli sürüb. Proqnozlara görə, 2022-ci ilin əvvəlindən artıq bütün plastik kartlarda təmassız ödəniş funksiyası olacaq.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bakı metrosu ilə sərnişindaşıma 4%-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı