“Visa” və “Mastercard” gəlirləri gözləntiləri üstələyib

Koronavirus pandemiyası səbəbindən əksər biznes sferalarında geriləmə müşahidə olunsa da, “Visa” və “Mastercard” şirkətlərinin rüblük göstəriciləri yüksəlməkdə davam edib.

“Mastercard” səhmlərinin dəyəri gözləntilərin əksinə yüksəlib. Belə ki, “FactSet” proqnozunda səhm üzrə qazanc həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 1.78 dollardan 1.72 dollar səviyyəsinə enməsi qeyd olunsa da, hazırda bu göstərici 1.83 dollar səviyyəsində qərarlaşıb. Şirkətin gəlirləri ötən ilin birinci rübünə nisbətdə 3% artaraq 4 milyard dollar civarında qərarlaşıb.

“Visa” şirkətində isə səhmbaşına düşən gəlir 1.31 dollardan 1.39 dollara yüksəlib. Qeyd edək ki, proqnozlar bu göstəricinin  1.35 dollar səviyyəsində qərarlaşacağı yönündə idi. Şirkətin ümumi gəlirləri isə 5% dən çox artaraq 5.9 milyard dollara çatıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı