Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
VTB (Azərbaycan) 9 May - Qələbə Gününə həsr olunmuş konsertə dəstək olub - BBN

VTB (Azərbaycan) 9 May – Qələbə Gününə həsr olunmuş konsertə dəstək olub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İkinci dünya müharibəsinə həsr olunmuş yubiley konserti vaş tutub. Bank VTB (Azərbaycan) tədbirin baş sponsoru olub.

Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri və Müqəddəs Mikayıl Arxangel kilsəsinin xoru çıxış ediblər.

“Böyük Qələbənin 80 illiyi şərəfinə konsertin keçirilməsi Vətəni və bütün dünyanı ümumi düşməndən müdafiə edən ittifaq respublikaları xalqlarının qəhrəmanlıq şücaətinin tarixi yaddaşının qorunub saxlanması baxımından böyük əhəmiyyət kəsb edir. Bu, təkcə tədbir iştirakçılarına və veteranlarına verilən ehtiram deyil, həm də cəmiyyətimizin dəyərlərini birləşdirən mühüm addımdır”, deyə, Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okayev bildirib.

VTB (Azərbaycan) ənənəvi olaraq ölkəmizdə mədəniyyət layihələrini dəstəkləyir. 2025-ci ildə bank Vaqif Mustafazadənin yubiley konsertinə və Vladimir Vısotskiyə, keçən il isə Beynəlxalq Caz Gününə həsr olunmuş konsertinə dəstək olub.

Related posts

Maliyyə Nazirliyinin Regional Xəzinədarlıq İdarələri yenidən təşkil edilir

ADB: Azərbaycanda dayanıqlı istiqraz bazarının formalaşmasını dəstəkləməyə hazırıq

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı