Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
VTB (Azərbaycan) Direct Business Çat-bank istifadəçiləri üçün aksiyaya start verdi - BBN

VTB (Azərbaycan) Direct Business Çat-bank istifadəçiləri üçün aksiyaya start verdi

Bank VTB (Azərbaycan)-ın yeni “Ödə və qazan” adlı aksiyası çərçivəsində sahibkarlar tətbiq olunan komissiya məbləğinin 5% -i həcmində CashBack əldə edəcəklər. Bunun üçün valyuta mübadiləsi, ölkə daxilində ödəmələr və dövlət büdcəsinə ödəmələr kimi əməliyyatları Direct Business Çat-Bank vasitəsilə həyata keçirmək kifayətdir.

Bundan başqa, Direct Business Çat-Bank-da ən fəal üç istifadəçi (əməliyyatların sayına görə) aksiya başa çatdıqdan sonra növbəti üç ay ərzində həyata keçiriləcək əməliyyatların komissiyasından 20%, 15% və 10% məbləğində əlavə CashBack qazanacaq. Qeyd edək ki, aksiya 30 aprel 2021-ci il tarixinədək qüvvədədir.

Xatırladaq ki, Direct Business Çat-Bank fərdi sahibkarlara banka gəlmədən və vaxt itirmədən Facebook sosial şəbəkəsində maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən VTB (Azərbaycan)-ın yeni rəqəmsal xidmətidir. Direct Business  Çat-bank müştərilərə biznes kart sifarişi, pul köçürmələri (ölkə daxilində, hesablar arası, dövlət büdcəsinə ödənişlər), nağdsız mübadilə, eləcə də QR-kod vasitəsilə hesabın artırılması kimi xidmətlərdən Messenger-də istifadə etməyə imkan verir.

Related posts

AccessBank qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!

Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı