Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb - BBN

VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb

VTB (Azərbaycan) 2025-ci ildə 9,1 milyon manatı xalis mənfəət əldə edib. Bankın aktivləri ötən il 306,222 milyon manat təşkil edib.

VTB (Azərbaycan)-ın kredit portfeli 243,638 milyon manata çatıb. Pərakəndə kreditləşmə üzrə portfeli 2024-cü illə müqayisədə 13%, ipoteka kreditləşməsi isə 14% böyüyüb. VTB-nin faiz gəliri 2024-cü ilin dekabr ayının sonu ilə müqayisədə 2025-ci ilin sonuna 32% artıb, qeyri-faiz gəliri isə təxminən 15 milyon manata çatıb.

2025-ci ilin sonunda VTB-nin kapital gəlirliliyi (ROE) 8,6%, aktivlərin gəlirliliyi (ROA) isə 2,78% təşkil edib.

Bankın məcmu kapitalı 100,375 milyon manat təşkil edib ki, bu da Azərbaycan Mərkəzi Bankının minimum tələbindən iki dəfə çoxdur.

Related posts

Azərbaycanda daşınmaz əmlak alışı üzrə 90,7 milyon manat ƏDV geri qaytarılıb

“Expressbank” Qlobal Pul Həftəsi ilə əlaqədar məktəblilərlə görüşüb

Azərbaycanda yenilənmiş əməkhaqqı kalkulyatoru istifadəyə verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı