Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ! - BBN

“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ!

Son günlər sosial şəbəkələrdə “mygov”  platformasının adından “2026-cı il üzrə 1500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi” ilə bağlı elanlar yayılıb.

Bildiririk ki, bu məlumatlar saxtadır və həqiqəti əks etdirmir. Sözügedən paylaşımların “mygov” platforması ilə heç bir əlaqəsi yoxdur.

Qeyd olunan paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdırmağa, onları saxta keçidlər vasitəsilə fərdi məlumatlarını paylaşmağa təşviq edir.

Vətəndaşları ayıq-sayıq olmağa, saxta məlumatlara, şübhəli paylaşımlara və naməlum linklərə aldanmamağa, etibarlı məlumatlar üçün yalnız “mygov”un  rəsmi kanallarını izləməyə çağırırıq.

Related posts

BAZARLARDA “SPACE” ŞOKU: Maskın trilyonluq IPO-su və dünyanı dəyişdirən sülh ümidləri

Süni intellekt və robot texnologiyaları: İnvestisiya dünyasının yeni lokomotivi!

Çinin qlobal ticarət ambisiyalarına “soyuq duş”: Müharibə xərcləri artırır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı