Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
VTB (Azərbaycan) Müşfiqabadda ekoloji kampaniyada iştirak etdi - BBN

VTB (Azərbaycan) Müşfiqabadda ekoloji kampaniyada iştirak etdi

24 aprel tarixində VTB (Azərbaycan)-ın əməkdaşları genişmiqyaslı yaşıllaşdırma aksiyasına qoşularaq, Müşfiqabad qəsəbəsində 50 hektardan çox ərazidə ağac əkini həyata keçirdilər. Ölkənin maliyyə şirkətlərin və assosiasiyaların dəstəyi ilə ərazidə damla-suvarma sistemi qurulub.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunan aksiya çərçivəsində bir milyon ağacın əkilməsi nəzərdə tutulub. Layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank və digər aparıcı maliyyə assosiasiyalarının iştirakı ilə reallaşdırılır.

Əməkdaşlıq 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu” əsasında təşkil olunub və VTB (Azərbaycan) onun icrasında fəal iştirak edərək ölkəmizdə ekologiyanın yaxşılaşdırılmasına və davamlı inkişafın təmin edilməsinə töhfə verir.

Related posts

Rabitəbankın rəhbəri: “Məqsədimiz bankı tam maliyyə marketinə çevirməkdir”

Bank of Baku-da Azərbaycan Dili Günü – seminar təşkil edild

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı