VTB (Azərbaycan) müştərilərinə Megogo kinoservisinə pulsuz abunəlik təqdim edir

Yeni aksiya çərçivəsində bank VTB (Azərbaycan)-ın müştəriləri ay ərzində Megogo kinoservisində filmləri pulsuz izləyə biləcək. Bunun üçün onlara  Facebook Messenger və ya WhatsApp çat-bank Direct vasitəsi ilə 1 manatdan başlayan üç tranzaksiya həyata keçirmək kifayətdir.

Şərtlərə görə, iştirakçılar kartdan karta pul köçürə və ya 160-dan çox xidmət üzrə önlayn-ödəniş həyata keçirə bilər. Eləcə də Visa Direct Premium kart sahibləri ticarət məntəqələrində nağdsız ödəniş və ya onlayn alış-veriş edərək aksiyada iştirak edə bilərlər.

Şərtlərə əməl etdikdə müştərilərə bank tərəfindən SMS vasitəsilə promo kod göndəriləcəkdir ki, bu da pulsuz abunəlik üçün istifadə olunur.

Aksiya 08 yanvar 2021-ci il tarixinədək qüvvədədir.

Aksiyalar haqqında əlavə məlumatı bankın saytından əldə etmək mümkündür.

Related posts

Kapital Bank-dan yeni “Məktəbli sığortası”: övladlarınızın təhlükəsizliyi təmin edilir

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı