Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüqar Bayramov: Neftin bahalaşması Azərbaycanın valyuta daxilolmalarını artırır - BBN

Vüqar Bayramov: Neftin bahalaşması Azərbaycanın valyuta daxilolmalarını artırır

Azərbaycan neft bazarında stabil qiymətlərin və aşağı volatilliyin qorunmasında maraqlı ölkədir.

BBN.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, dövlət başçısı da stabil neft qiymətlərinin Azərbaycanın iqtisadi maraqlarına daha uyğun olduğunu qeyd edib. Bununla yanaşı, Hörmüz boğazında müşahidə edilən gərginliklər, xüsusilə enerji məhsullarının daşınması ilə bağlı çətinliklər dünya bazarında neftin qiymətinə təsir göstərir.

Deputat bildirib ki, bu ilin yanvar ayında “Brent” markalı neftin bir barelinin qiyməti təxminən 63 dollar, fevralda isə 67 dollar olub. Onun sözlərinə görə, İranla bağlı gərginlik başlamazdan əvvəl neft qiymətləri Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan 65 dollar səviyyəsinə yaxın olub. Lakin sonrakı proseslər qiymətlərdə kəskin artımlara səbəb olub.

V. Bayramov vurğulayıb ki, 2026-cı ildə Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 43%-nin və ya 16,4 milyard manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bunun 12,8 milyard manatı Azərbaycan Dövlət Neft Fondu tərəfindən edilən transfertlər, 3,6 milyard manatı isə birbaşa neft sektorundan daxilolmalardır.

Onun fikrincə, neft qiymətlərinin artması həm Dövlət Neft Fondunun gəlirlərinin, həm də Azərbaycanın valyuta ehtiyatlarının artmasına səbəb olur. Eyni zamanda, bu proses neft-qaz sektorundan dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmini artıraraq fiskal gəlirlərin yüksəlməsinə töhfə verir.

Deputat əlavə edib ki, yüksək neft qiymətləri ixrac dəyərini artırmaqla ölkəyə daha çox valyuta daxil olmasına, tədiyə balansında müsbət saldonun möhkəmlənməsinə və valyuta ehtiyatlarının artmasına şərait yaradır.

Related posts

S&P Global Ratings: Brent nefti bu il 80 dollar, 2027-ci ildə 65 dollar olacaq

BAZARLARDA NEFT GƏRGİNLİYİ: Trampın çıxışı gözlənilir, Yaxın Şərqdə gərginliyin azalma ehtimalı neft bazarlarına təsir edir.

“Azeri Light” nefti bahalaşıb: qiymət 130 dollar həddini yenidən keçdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı