Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüsal Qasımlı: “2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır” - BBN

Vüsal Qasımlı: “2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır”

Prezident İlham Əliyevin rəhbərliyilə 2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayacaq. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. O deyib ki, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər əsasında hazırlanan “Sosial-iqtisadi inkişaf Strategiyası” 2022-ci ildən başlayaraq növbəti beş ili əhatə edəcək: “Eyni zamanda Rəqəmsal transformasiya və Qarabağın inkişaf üzrə sənədlərin də qəbulu gözlənilir. Bir sözlə, Azərbaycan post-konflikt və post-pandemiya dövrünün çağırışlarına uyğun yeni səhifəni açır. Azərbaycanda Böyük Qayıdış dünya post-konflikt quruculuğu tarixində sürətinə və yeniliklərin tətbiqinə görə, həmçinin daxili imkanlar hesabına maliyyələşdirilməklə özünəməxsus yer tutacaq.”

V.Qasımlı bildirib ki, milli iqtisadiyyat quruculuğunda əsas məqsəd vətəndaşın rifahı və layiqli həyatıdır: “2019-cu ildə inqilabi sosial paket və pandemiya dövründə sosial müdafiə tədbirlərindən sonra 2022-ci ildən iki milyona yaxın vətəndaşımızın əməkhaqqı, pensiya, müavinət və təqaüdləri artırılacaq. Bunun üçün dövlət büdcəsində kifayət qədər imkanlar var.”

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı