Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüsal Qasımlı Nyu-Yorkda “Gələcəyin sammiti” çərçivəsində “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib - BBN

Vüsal Qasımlı Nyu-Yorkda “Gələcəyin sammiti” çərçivəsində “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı BMT-nin Nyu-Yorkda keçirilən “Gələcəyin sammiti”ndə iştirak edir. Sammitlə çərçivəsində Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirinə məruzəçi kimi qatılıb.

Tədbirdə bu il Azərbaycanda keçiriləcək COP29 tədbiri və 2025-ci ildə Braziliyada keçiriləcək COP30-a dair mühüm müzakirələr aparılıb. Vüsal Qasımlı məruzəsində ekoloji problemlərin həllində qlobal çağırışlar, iqtisadi-siyasi islahatlar, davamlı inkişaf məqsədləri ilə bağlı məsələlərə toxunub.  O bildirib ki, qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq hər kəsin öhdəliyinə çevrilməli, karbon emissiyası azaldılmalı, “Yaşıl iqtisadiyyat”a keçid bütün sahələri əhatə etməlidir. Bu isə təşəbbüslərin artırılması və icra prosesinə keçidin sürətləndirilməsi ilə mümkündür. COP29 planının təşəbbüslərin artırılmasını nəzərdə tutan birinci istiqaməti bütün tərəfləri iddialı milli planlara və şəffaflığı təmin etməyə çağırır. İkinci istiqamət isə təşəbbüsləri akta çevirməyi, ekoloji dəyişikliyə  adaptasiyanı qarşıya məqsəd qoyur.

Bununla yanaşı, Vüsal Qasımlı birgə məqsədlər üçün qarşılıqlı dialoq platformalarının, konfransların, dəyirmi masaların, seminarların  keçirilməsinin zəruriliyinin vurğulayıb.   Tədbirin sonunda dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Azərbaycanda Asiya İnkişaf Bankı ilə İİTKM-in COP29 çərçivəsində keçirəcəyi tədbirdə iştirak niyyətlərini ifadə ediblər.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı