Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüsal Qasımlı Trokadero Forum İnstitutunun rəhbərini qəbul edib - BBN

Vüsal Qasımlı Trokadero Forum İnstitutunun rəhbərini qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Trokadero Forum İnstitutunun (Trocadéro Forum Institute) təsisçisi və prezidenti, professor Elen Vasilinanı qəbul edib.

Qeyd edək ki, E.Vasilinanın rəhbərlik etdiyi beynəlxalq institut tanınmış alimləri və akademikləri bir araya gətirərək dayanıqlı inkişaf ilə bağlı problemlər, habelə yaşıl iqtisadiyyat, bərpa olunan enerji, kənd təsərrüfatı və inşaatla bağlı elmi tədqiqat işləri aparır.

Görüşdə əsasən davamlı inkişaf, yaşıl iqtisadiyyat, Azərbaycan məhsullarının ixracı, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, dördüncü sənaye inqilabı və süni intellekt sahəsində əsas məqamlar müzakirə olunub.

Müzakirələr zamanı iki beyin mərkəzi arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib, eləcə də süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafına dair birgə layihələrin hazırlanması haqda razılıq əldə olunub.

Related posts

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir.

DGK yanında İctimai Şuranın ilk iclası keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı