“Walmart” işçi heyətini kəskin artırır

ABŞ mərkəzli topdan və pərakəndə satış nəhəngi “Walmart” işçi heyətini 20 min nəfər artırmağı planlaşdırır. 24 ölkədə 10 mindən çox nümayəndəlik ilə fəaliyyət göstərən bu şirkət açıqlamasında, təchizat zəncirinin təkmilləşdirilməsi məqsədilə heyətin genişləndirildiyini bildirib.

Daimi olaraq işə götürülən yeni heyətin əsas tərkibi kuryerdən yük maşını sürücüsünə logistika sahəsində fəaliyyət göstərən şəxslərdən ibarət olacaq və əsasən məhsulların mərkəzlərdən distribyutorluqlara çatdırılmasına fokuslanacaq.

Qeyd edək ki, ötən il “Walmart” koronavirus pandemiyasının kəskin artımı səbəbindən elektron kommersiya sahəsinin təkmilləşdirilməsi məqsədilə heyətinə 20 min nəfər əlavə edib.

Related posts

ABŞ səyahət qadağası tətbiq etdiyi ölkələrin siyahısını genişləndirdi

ABŞ məşğulluq məlumatları ərəfəsində dollar zəifləyir

ABŞ ştatları H-1B viza rüsumları ilə bağlı Trampı məhkəməyə verir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı