Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“WhatsApp”da yeni funksiya olacaq - BBN

“WhatsApp”da yeni funksiya olacaq

2023-cü ilin oktyabr ayından Android smartfonlarında birdən çox hesabdan istifadə etmək imkanı verən “WhatsApp” messenceri, bu funksiyanı “Apple” cihazlarına da genişləndirməyə hazırlaşır.

BBN.az xəbər verir ki, artıq “iPhone” üçün çox istifadəçi dəstəyinin sınaqdan keçirilməsinə başlanılıb.

“WhatsApp”ın iOS 25.2.10.70 üçün beta versiyasında istifadəçilərə bir cihazda eyni vaxtda iki müxtəlif “WhatsApp” hesabı ilə işləməyə imkan verən funksiya sınaqdan keçirilir.

Sınaq başa çatdıqdan sonra funksiya bütün dünya üzrə iOS-da “WhatsApp” istifadəçiləri üçün əlçatan olacaq. Ekspertlərin fikrincə, bu, bir neçə ay çəkə bilər.

Related posts

“Samsung” çip sənayesinə 73 milyard dollar sərmayə qoyacaq

“Nebius” konvertasiya olunan istiqrazların yerləşdirilməsi nəticəsində $4 mlrd. cəlb edib

Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı