

2023-cü ilin oktyabr ayından Android smartfonlarında birdən çox hesabdan istifadə etmək imkanı verən “WhatsApp” messenceri, bu funksiyanı “Apple” cihazlarına da genişləndirməyə hazırlaşır.
BBN.az xəbər verir ki, artıq “iPhone” üçün çox istifadəçi dəstəyinin sınaqdan keçirilməsinə başlanılıb.
“WhatsApp”ın iOS 25.2.10.70 üçün beta versiyasında istifadəçilərə bir cihazda eyni vaxtda iki müxtəlif “WhatsApp” hesabı ilə işləməyə imkan verən funksiya sınaqdan keçirilir.
Sınaq başa çatdıqdan sonra funksiya bütün dünya üzrə iOS-da “WhatsApp” istifadəçiləri üçün əlçatan olacaq. Ekspertlərin fikrincə, bu, bir neçə ay çəkə bilər.