“Wikipedia” “Apple Pay” ilə ödənişləri qəbul edəcək

Dünyanın ən böyük onlayn informasiya mənbəyi olan “Wikipedia” daha bir yeniliyə imza atıb. Belə ki, sırf ingilis dilində 6.3 milyondan çox məqaləyə sahib olan bu onlayn platforma artıq “Apple Pay” tətbiqetməsi vasitəsilə ianələrin qəbuluna başlayıb. Sözügedən platforma vebsaytında reklamlara yer ayırmadığından xüsusi gəlir mənbəyinə sahib deyil. Bu səbəbdən, ianələr saytın fəaliyyətinin davam etdirilməsi üçün yeganə maliyyə dəstəyidir.

“Apple Pay” ilə ianə funksiyası hazırda bütün ölkələrdə əlçatan olmasa da, yaxın dövrlərdə əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Məlumat üçün qeyd edək ki, bundan əvvəl “Wikipedia” ianələri yalnız bank kartları, “PayPal” və “AmazonPay” vasitəsilə həyata keçirilə bilirdi.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı