Dünya üzrə Mərkəzi Bankların faiz dərəcələri artımı 2023-cü ildə iqtisadi tənəzzülün başlamasına təkan verə bilər.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, World Bank-dan (Dünya Bankı) bildirilib ki, Mərkəzi Banklar yüksələn qiymətlər ilə mübarizə aparmaq üçün faiz dərəcələrini son beş onillikə görülməmiş sinxronluq dərəcəsi ilə artırıblar.
Faiz dərəcələrinin artımı qərarı borc pulun alınmasını daha bahalı edir ki, bu da yüksələn qiymətlərin sürətini aşağı salmaq məqsədi daşıyır. Bu, həmçinin, kreditləri daha bahalı edir ki, nəticədə iqtisadi inkişafı aşağı sala bilər.
Dünya Bankı bu açıqlamanı ABŞ Mərkəzi Bankının (FED) və İngiltərə Mərkəzi Bankının (Bank of England) növbəti həftə faiz dərəcələrinin artımı ilə bağlı yeni görüşü ərəfəsində edib.
Cümə axşamı günü isə bank elan etmişdi ki, qlobal iqtisadiyyatın inkişafı 1970-ci ildən bəri ən kəskin sürətlə yavaşlayıb.