Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
WTI nefti ucuzlaşıb

WTI nefti ucuzlaşıb

Dünən ABŞ xam nefti WTI axşam saatlarında kəskin geriləyib. Belə ki, 26.27 dollar səviyyəsindən 18.27 dollar səviyyəsinə düşüb. Daha sonra isə 77.83%-lik kəskin ucuzlaşma ilə qısa müddət ərzində 5 dolların aşağı səviyyəsinə enib. Geceyarısı isə WTI 0 dollar həddini də keçərək -40 dollardan ticarət edilməyə başlayıb. Bu isə, neft istehsalçısının ticarət qarşılığında alıcıya pul ödəməsi deməkdir.

ABŞ prezidenti Donald Tramp qiymətlərdə belə kəskin azalmanı koronavirus pandemiyası səbəbindən xam neft və neft məhsullarına olan tələbatın kəskin azalması və bunun nəticəsində neft depolarının  dolması ilə əlaqələndirir. Donald Trump həmçinin bu geriləmənin qısamüddətli olacağını və ABŞ-ın strateji neft ehtiyatlarını artırmaq üçün 75 milyon barel neft alacağını da açıqlayıb.

Qeyd edək ki, hal-hazırda WTI neftinin bareli 1.55 dollara, Böyük Britaniyanın Brent markalı nefti isə 25.35 dollara satılır.

Related posts

Neft bazarında “Hörmüz” şoku: Qiymətlər kəskin artdı!

ABŞ məhkəməsi Trampın immiqrasiya məhdudiyyətlərini qanunsuz elan edib

FED-in yeni sədri Kevin Uorş: “Ənənələri qoruyaraq, yeni iqtisadi reallığa uyğunlaşacağıq”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı