Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
WTO rəhbəri: ABŞ və Çin arasında ticarət müharibəsi dünya iqtisadiyyatına uzunmüddətli zərbə vura bilər - BBN

WTO rəhbəri: ABŞ və Çin arasında ticarət müharibəsi dünya iqtisadiyyatına uzunmüddətli zərbə vura bilər

Dünya Ticarət Təşkilatının (WTO) baş direktoru Ngozi Okonjo-Iweala ABŞ və Çin arasında artmaqda olan ticarət gərginlikləri ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, iki ən böyük iqtisadi gücün bir-birindən iqtisadi ayrılması (“decoupling”) qlobal ÜDM-in uzunmüddətli perspektivdə 7%-dək azalmasına səbəb ola bilər.

BBN.az xəbər verir ki,Ngozi Okonjo-Iweala Reuters-ə verdiyi açıqlamada WTO rəhbəri bildirib ki, təşkilat hər iki ölkənin nümayəndələri ilə birbaşa əlaqə saxlayaraq dialoqun artırılması üçün təşviq edib.

“ABŞ-Çin münasibətlərindəki bu gərginliklər qlobal iqtisadiyyat üçün ciddi risk yaradır,” – deyə Okonjo-Iweala G20 çərçivəsində çıxışında qeyd edib.

WTO rəhbəri hesab edir ki, yaranmış vəziyyət təşkilatın islahatlara getməsi üçün bir fürsət ola bilər. Bu kontekstdə üzv ölkələrə çağırış edilib ki, qlobal ticarət sisteminin daha dayanıqlı və inklüziv olması üçün birlikdə hərəkət etsinlər.

 

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı