23–24 may 2026-cı il tarixlərində Lankaran Springs Wellness Resort hotelində bank və maliyyə sektoru nümayəndələri üçün “Xəzinədarlıq Əməliyyatları” mövzusunda xüsusi təlim proqramı təşkil olunmuşdur.
İki gün davam edən proqram çərçivəsində iştirakçılar xarici ekspertin təqdimatında xəzinədarlıq əməliyyatlarının idarə olunması, likvidlik və fondlama strategiyaları, valyuta əməliyyatları, törəmə maliyyə alətləri, aktiv-passiv idarəetməsi (ALM), eləcə də müştəri xəzinə məhsulları üzrə həm nəzəri, həm də praktiki biliklər əldə etmişlər.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuş və proqram ümumi müzakirə ilə yekunlaşmışdır.
Qeyd edək ki, ABFTC 2000-ci ildə Avropa Birliyinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan Banklar Assosiasiyası-nın törəmə müəssisəsidir. Mərkəz indiyədək 260-dan çox mövzu üzrə 2 600-dən artıq təlim kursu təşkil etmiş və 38 000-dən çox dinləyicinin iştirakını təmin etmişdir.