“Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun ilk onlayn görüşü keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun ilk onlayn görüşü keçirilib. Görüşdə “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun sədri Aydın Hüseynov və bankların nümayəndələrindən ibarət Qrupun üzvləri iştirak edib.

İclasda valyuta bazarında əməliyyatlar ilə bağlı mövcud vəziyyət və problemlər müzakirə olunmuşdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı