Xaçmaz KOB İnkişaf Mərkəzi və KOB dostları əməkdaşlığı genişləndirəcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB dostları ilə görüş keçirilib.

Görüş çərçivəsində KOB dostları KOB İnkişaf Mərkəzinin fəaliyyəti, burada mikro, kiçik və orta sahibkarlara göstərilən təlim və məsləhət xidmətləri barədə ətraflı məlumatlandırılıb, biznes sahəsində müxtəlif təlimlər keçmək və məsləhət almaq istəyən sahibkarların mərkəzə yönləndirilə biləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, bu ilin fevral ayında fəaliyyətə başlayan Xaçmaz KOB evində yerləşən KOB İnkişaf Mərkəzində öz biznesini qurmaq və genişləndirmək üçün sahibkarlıq sahəsində bilik və bacarıqlarını artırmaq istəyən KOB-lara peşəkar təlimçi-ekspertlər tərəfindən müxtəlif mövzularda təlimlər keçirilir, konsaltinq xidmətləri göstərilir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı