Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətləri onlayn keçirilir

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı Xaçmaz şəhərində sərt karantin rejiminin tətbiq olunması səbəbindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən keçirilən təlimlər və məsləhət xidmətləri iyulun 20-dək onlayn formada təşkil olunacaq.

Mikro, kiçik və orta sahibkarlar bu müddət ərzində Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən keçirilən müxtəlif onlayn təlimlər və məsləhət xidmətləri barədə mərkəzin sosial şəbəkələrdəki səhifələrini izləməklə məlumat əldə edə, onları maraqlandıran tədbirlərə qoşula bilərlər.

Qeyd edək ki, 11-12 iyul tarixlərində Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar və biznesə başlamaq istəyənlər üçün “Antikorrupsiya idarəetmə sistemi beynəlxalq standartının özəl sektorda tətbiqi” mövzusunda onlayn təlim keçiriləcək. KOB-ların antikorrupsiya və etik davranış qaydaları, korrupsiya hüquqpozmaları və onunla mübarizə metodlarına dair məlumatlandırılması məqsədilə təşkil olunacaq onlayn təlimdə iştirak etmək istəyən sahibkarlıq subyektləri müvafiq linkə (https://bit.ly/2Z7gj3Y) daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı