Xalq Bank 20 il

Xalq Bank 2004-cü ilin 27 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi
Bankının 246 nömrəli lisenziyası əsasında fəaliyyətə başlamışdır. Hazırda regionun
ən dinamik inkişaf edən və etibarlı maliyyə institutlarından biri olan Xalq Bank
müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət
şəbəkəsi və peşəkar heyəti ilə fərdi və korporativ müştərilərə müasir və rahat
bankçılıq xidmətləri təklif edir. Fəaliyyətində müştəri məmnuniyyətini hədəfləmiş
Bank müxtəlif rəqəmsal və innovativ biznes həllərini tətbiq edərək məhsul və
xidmət çeşidlərini genişləndirməklə yanaşı, daim xidmət səviyyəsini yüksəltmək
istiqamətində çalışır. Xalq Bank fəaliyyəti ərzində müştəri və tərəfdaşlarla
əməkdaşlıqda dürüstlük, etibar, yüksək keyfiyyət və operativlik prinsiplərinə
əsaslanmışdır.
Ötən 20 il ərzində Xalq Bank cəmiyyətin inkişafına öz töhfəsini verərək müxtəlif
korporativ sosial məsuliyyət istiqamətli layihələr həyata keçirmiş, “Xalq Əmanəti”
sosial-mədəni layihəsi çərçivəsində 24 kitab nəşr etdirməklə xalqımızın mədəni
irsinin qorunub gələcək nəsillərə çatdırılması və milli mədəniyyətimizin dünyada
tanıdılması istiqamətində mühüm işlər görmüşdür.
Xalq Bank səhmdar, müştəri, biznes tərəfdaş və əməkdaşlarına göstərdikləri
etimada görə dərin minnətdarlığını bildirir.

Related posts

İcbari Sığorta Bürosunun Çağrı Mərkəzi yenilənib

“Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində şəhid övladlarına hədiyyələr təqdim edilib

Azərbaycan Respublikasının Mərkəzi Bankının Repo hərracı keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı