Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi - BBN

Xalq Bank ağacəkmə askiyasında iştirak etdi

Aprelin 24-də Xalq Bank əməkdaşları Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə kampaniyasında iştirak etdi.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu” əsasında həyata keçirilmişdir. Layihə çərçivəsində 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumi olaraq 1 milyon ağac əkilməsi nəzərdə tutulmuşdur.

Aksiyada iştirak Xalq Bankın ekoloji balans və ətraf mühitin qorunması, dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin tərkib hissəsidir.

Related posts

Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək

RABİTƏBANKDAN SAHİBKARLAR GÜNÜNÜN 10 İLLİYİNƏ ÖZƏL MİKROKREDİTLƏR ÜZRƏ “10% DAHA SƏRFƏLİ” KAMPANİYASI

Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı