“Xalq Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Xalq Bank” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 24.12.2025-ci il tarixində başlayıb, 26.12.2025-ci il tarixində bitmişdir.

AZ2002005513 İSİN kodlu istiqrazların yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “Xalq Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2002005513
İstiqrazların növü və forması Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı 50,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 5,000,000 manat
İllik gəlirlilik faizi 9%
Ödəmə Periodu Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti 2 il
Minimal qiymət 100 (9.0000%) manat
Maksimal qiymət 100 (9.0000%) manat
Kəsmə qiymət 100 (9.0000%) manat
Ortaçəkili qiymət 100 (9.0000%) manat
Reallaşdırılmış həcm 5,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 5,000,000 manat
İnvestor sayı 72
Sifariş sayı 72
Anderrayter  “Xalq Kapital İnvestisiya Şirkəti” QSC

Related posts

Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı

ABA eksperti Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı