Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bank I rübün yekunlarını açıqladı - BBN

Xalq Bank I rübün yekunlarını açıqladı

2025-ci ilin I rübünün yekunlarına əsasən, ölkənin ən böyük özəl banklarından biri olan Xalq Bankın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə artaraq 3,044 mlrd manat təşkil etmişdir.

Qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1.8 % artaraq 1,887 mlrd manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 1,819 mlrd manat təşkil etmişdir.

2025-ci ilin I rübünün sonuna Bankın cəmi kapitalı ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 12.5%, yəni 57.7 mln manat artaraq 519.1 mln manat, xalis mənfəəti 11.86 mln manat təşkil etmişdir.

Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.

Related posts

ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!

Unibank Yel çərşənbəsi münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir

Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4%-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı